Xəbərlər

Mərakeş Krallığı və BANM arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. 
BANM-ın rektoru Elmar Qasımovla görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları, o cümlədən təqaüd proqramları və mərakeşli tələbələrin BANM-da təhsil alma imkanları müzakirə edilib.
Qonaq BANM-ın təhsil infrastrukturu və innovativ yanaşmalarla tanış olub.