Xəbərlər

“KPMG Azerbaijan” BANM-da təqdimat edib

“KPMG Azerbaijan” şirkətinin nümayəndələri ilə Bakı Ali Neft Məktəbinin tələbələri arasında görüş keçirilib. 

Görüşdə şirkətin təcrübə proqramının tələbləri, seçim meyarları və müraciət prosesi barədə təqdimat edilib. 

Həmçinin karyera irəliləyiş imkanları və peşəkar inkişaf proqramları haqqında məlumat verilib. İşə qəbul prosesi və namizədlərin seçimi mərhələləri də izah olunub.