Xəbərlər

BANM-da “Culture Fair” adlı xeyriyyə tədbiri baş tutub

Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili və humanitar fənlər mərkəzində “Culture Fair” adlı xeyriyyə tədbiri baş tutub.

Sərgidə iştirakçılar altı fərqli xalqın mədəniyyəti, incəsənəti və mətbəxi ilə tanış olublar.

Tədbir çərçivəsində milli geyimlər, simvolik əşyalar və maraqlı təqdimatlar nümayiş etdirilib. Əldə edilən gəlir xeyriyyə məqsədilə bağışlanıb.