Xəbərlər
SOCAR Capital-ın baş məsləhətçisi Ali Ağaoğlu BANM-da olub
Bakı Ali Neft Məktəbi (BANM) və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə kapital bazarları və qlobal maliyyə trendləri mövzusunda maarifləndirici təqdimat keçirilib.
Təqdimatdan əvvəl BANM-ın rektoru Elmar Qasımov SOCAR Capital-ın kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu ilə görüşüb.
Ali Ağaoğlu beynəlxalq maliyyə bazarlarındakı trendlər, inflyasiya, faiz siyasətləri və yeni investisiya imkanları barədə danışıb. O, həmçinin SOCAR-ın “yaşıl” istiqraz layihəsinin əhəmiyyətini vurğulayıb.
Tədbir BANM və SOCAR Capital tərəfindən gənc mütəxəssislərin bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunub.