Xəbərlər

BANM tələbələri XII Qlobal Bakı Forumunda könüllü olaraq iştirak ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasının tələbələri XII Qlobal Bakı Forumunda könüllü olaraq iştirak ediblər. 

Tələbələrimiz Qüdrət Abbaslı, Məhəmməd Əliyev, Seymur Əliyev və Rəna Rəsulzadə bu əhəmiyyətli tədbirdə fəallıq nümayiş etdiriblər. Onlar forumun təşkilində və iştirakçılara dəstək verilməsində fəal rol oynayıblar. 

Forumun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” olub. Tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf sahələrində qlobal dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Tələbələrimizə uğurlar arzulayırıq!