Xəbərlər
Bank Respublika BANM MBA tələbələri üçün master-klaslar təşkil edib
Bank Respublika Bakı Ali Neft Məktəbinin MBA tələbələri üçün rəqəmsal bankçılıq, fintech, maliyyə brendləşdirilməsi, data analitikası və maliyyə cinayətləri mövzularında master-klaslar təşkil edib.
Tədbirdə Əli Daşdəmirov, Fuad Paşabəyli, Şahin Kərimov və Nurlan Nəsibov maliyyə və bankçılıq sahələrində çıxış edərək təcrübələrini bölüşüb, sualları cavablandırıblar. Eləcə də İnsan Resursları Departamentinin direktor müavini Jalə Nəcəfova karyera yüksəlişi ilə bağlı dəyərli məsləhətlər verib.
Məqsəd tələbələrə bankçılıq və maliyyə sahəsində praktiki biliklər qazandırmaq, onları müasir trendlərlə tanış etməkdir.