Xəbərlər

BANM-ın 3 tələbəsi “AzerGold”un “Təqaüd proqramı”nın qalibi olub

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Təqaüd proqramı”nın qalibi olub. Qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Qaliblər:
Elnur İslamov- Kimya mühəndisliyi, IV kurs
Nərmin Allahverdiyeva - Kimya mühəndisliyi, V kurs
Fidan Yunusova - Kimya mühəndisliyi, V kurs

Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə “Təqaüd proqramı”na cəlb edilərək, hər biri müvafiq təltifnamə və 9 ay müddətində, hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. 

Məqsəd gələcəkdə metalurgiya və qazma sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsinə dəstəkdir. 

Tələbələrimizi təbrik edir, qürur duyuruq!