Xəbərlər

BANM “SABAH.HUB”un müsabiqəsində ll yerə layiq görüldü

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Rootect” komandası “University Demo Day” müsabiqəsində ll yerə layiq görülüb.

Yarışma “SABAH.HUB” İnnovasiya Mərkəzinin “SABAH.academy” platforması və “Baku ID” tərəfindən keçirilib. 

Qaliblər “SABAH.academy” tərəfindən mükafatlar və tədbirin əsas tərəfdaşları olan “DIV Academy” və “Fikir” ortaq iş məkanından təhsil təqaüdləri əldə ediblər.

Tədbir gənc sahibkarları dəstəkləmək, nailiyyətlərini nümayiş etdirmək və yeni biznes ideyalarının inkişafına töhfə vermək məqsədi daşıyır.

Tələbələrimizi təbrik edir, qürur duyuruq!