Xəbərlər
Prezident təqaüdünə layiq görülmək mənim üçün çox böyük bir sevinc mənbəyidir
Nihad Namazov: 685.2 bal.
İxtisas: Kimya mühəndisliyi
Məzun olduğu məktəb: Lənkəran şəhər 6 nömrəli texniki riyaziyyat təmayüllü liseyi fərqlənmə attestat ilə bitirib
Müsahibə: Prezident təqaüdünə layiq görülmək mənim üçün çox böyük bir sevinc mənbəyidir. Hər bir uğurum məni daha da irəliləməyə, daha böyük hədəflərə çatmağa təşviq edir. Həyatımda hər yeni addımda, bu yüksək mükafata layiq olduğum üçün özümü məsuliyyətli hiss edirəm.
Ən doğru ali məktəbi və ixtisası seçmək üçün araşdırmağa başladım. Həmin il məktəbimizdən yüksək bal toplayan bir şagird BANM-a qəbul olmuşdu. Onun seçimi mənim üçün bir nümunə oldu və BANM-ın təhsil sistemi, həm akademik həm də praktiki biliklərə böyük önəm verilməsi diqqətimi çox çəkdi.
Eləcə də beynəlxalq əlaqələri və peşəkar müəllim heyəti də məni cəlb etdi. O gündən sonra BANM-a qəbul olmaq üçün çalışmağa başladım. Kimya mühəndisliyini seçmə səbəbim isə bu sahənin geniş imkanlar yaratmasıdır. Mən əsasən elmi tədqiqatlarla məşğul olmaq istəyirəm. Kimya mühəndisliyi üzrə bakalavr təhsilimi başa vurduqdan sonra magistratura və doktorantura təhsilimi davam etdirməyi planlaşdırıram.
