Xəbərlər

Qarabağ Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində olub

Qarabağ Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbinə (BANM) səfər ediblər.

Səfər çərçivəsində BANM-ın rektoru Elmar Qasımovla görüş keçirilib. İki ali təhsil müəssisəsi arasında potensial əməkdaşlıq imkanları müzakirə edilib.

Sonda Qarabağ Universitetinin nümayəndələri BANM-ın tədris prosesi, laboratoriyaları və müasir infrastruktur imkanları ilə tanış olublar.