Xəbərlər

BANM rektoru Elmar Qasımov İnsan İnkişafı Forumunda iştirak edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (#KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə İnsan İnkişafı Forumu keçirilib.

Forum çərçivəsində "İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması" mövzusunda panel iclas təşkil edilib. Paneldə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edib.

Rektor insan kapitalının inkişafında təhsil müəssisələrinin rolunu vurğulayaraq, gənclərin qlobal #mək bazarına hazırlıqlı olması üçün biznes mühitinə inteqrasiyanın və müasir texnologiyalara yiyələnmənin əhəmiyyətini vurğulayıb.