Xəbərlər
“Prezident təqaüdü almağım təhsil və şəxsi inkişafımda mühüm addımdır, həm də geniş imkanlar açır”
Fəxri Orucov: 689.2 bal.
İxtisas: Kimya mühəndisliyi
Məzun olduğu məktəb: Zaqatala rayonu, Dağlı kənd M.Musayev adına tam orta məktəbi fərqlənmə attestat ilə bitirib
Prezident təqaüdü almağım həm #təhsil həyatımda, həm də şəxsi inkişafımda mühüm bir addımdır, eləcə də mənə daha geniş imkanlar açır. Bilik və bacarıqlarımı daha yüksək səviyyədə inkişaf etdirmək üçün bu fürsətdən maksimum faydalanmağa çalışacağam.
Hazırda BANM Azərbaycanın ən güclü və müasir universitetlərindən biridir. Tədris proqramları və müasir infrastrukturu ilə bu universitet, ölkənin ən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. BANM beynəlxalq miqyasda tanınan mütəxəssislərlə əlaqələr qurmaq, xarici universitetlərdə təhsil almaq və müxtəlif layihələrdə iştirak etmək imkanı da verir.
Gələcək planım hələlik təhsilimi uğurla başa vurmaqdır. Bu mərhələni müvəffəqiyyətlə keçdikdən sonra, peşəkar sahədə öz mövqeyimi müəyyənləşdirəcəyəm və ixtisasım üzrə daha da irəliləmək üçün əlavə təlimlərə və təcrübələrə qatılacağam. Təhsilim bitdikdən sonra isə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müasir texnologiyaların tətbiqinə yönəlmiş layihələrdə çalışmaq niyyətindəyəm.

