Xəbərlər
Türkiyənin Təhsil Müşaviri BANM-da olub
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan Bakı Ali Neft Məktəbində olub.
BANM-ın rektoru Elmar Qasımovla görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələri çərçivəsində təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Yurdagül Aydoğan BANM-in müasir təhsil infrastrukturu ilə yaxından tanış olub və Türkiyədən olan tələbələrin Ali Məktəbə cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Habelə BANM-ın “2025 - YKS Yükseköğretim Programları ve Kontenjanları Kılavuzu”nda yer almasının önəmi vurğulanıb.