
Xəbərlər
“Prezident təqaüdü mənim üçün böyük bir məsuliyyət və göstərilən etimadın nəticəsidir”
Əşkəbuz Məcidov: 692.1 bal
İxtisas: Kimya mühəndisliyi
Məzun olduğu məktəb: Saatlı rayonu, Q. Abduloğlu adına Gomuşçu kənd tam orta məktəbi bitirib.
Prezident təqaüdü mənim üçün böyük bir məsuliyyət və göstərilən etimadın nəticəsidir. Bu təqaüdün mənə verdiyi dəyəri və əhəmiyyəti dərindən hiss edirəm. Həm təhsil həyatımda, həm də şəxsi inkişafımda daha da irəliləmək üçün əlimdən gələni etməliyəm. Prezident təqaüdünü qoruyub saxlamaq üçün hər zaman daha yaxşı nəticələr əldə etməyə çalışmalıyam. Bu mənim üçün sadəcə bir öhdəlik deyil, həm də həyatıma rəhbərlik edən bir prinsipdir.
BANM haqqında ilk dəfə müəllimim sayəsində xəbər tutdum. Sonra daha ətraflı araşdırma apardım, məktəbin tədris proqramlarını, professor heyətini və tələbə həyatını öyrəndim. Bilirdim ki, bu təhsil müəssisəsində təhsil almaq, mənim gələcək karyeram üçün mükəmməl bir başlanğıc olacaq. Kimya mühəndisliyi ixtisası isə maraqlarım, həm də bacarıqlarım üçün ideal bir sahədir. Bu seçimin nə qədər doğru olduğunu zamanla daha yaxşı anlayıram.
Gələcəkdə mühəndislik sahəsində uğurlar əldə etmək və cəmiyyətə faydalı olmaq istəyirəm. BANM-da aldığım təhsil və əldə edəcəyim biliklər mənim karyeramın təməlini qoyacaq.