Xəbərlər

BANM tələbələri layihələrini Leyla Əliyevanın qarşısında təqdim ediblər

“CulTech Hakaton”unda III yer tutan SOCAR-ın Bakı Ali Neft Məktəbinin “Eventify” komandası “CulTech İnkubasiya Proqramı"na qəbul edilib. Komandamız proqramının ən uğurlu layihəsi statusunu qazanıb.

Tələbələrimiz öz layihələrini Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın qarşısında təqdim edərək böyük təqdir qazanıblar.

Proqram Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi, eləcə də SUP.VC təşkilatçılığı ilə keçirilib.