
Xəbərlər
“Prezident təqaüdü peşəkar inkişafımda irəliləməyə motivasiya yaradır”
Məhəmməd Əliyev: 692.4 bal
İxtisas: İnformasiya təhlükəsizliyi
Məzun olduğu məktəb: Bakı şəhəri, “Ankara məktəbi” məktəb-liseyi
Prezident təqaüdü almaq mənim üçün böyük qürur mənbəyidir. Bu təqaüd, həm əzmimin, həm də akademik fəaliyyətimin dövlət səviyyəsində qiymətləndirilməsi deməkdir. Eyni zamanda, bu mükafat mənə gələcək məqsədlərimə çatmaqda əlavə bir stimul verir və peşəkar inkişafımda irəliləməyə motivasiya yaradır.
BANM-ın yüksək təhsil səviyyəsi və beynəlxalq aləmdə qazandığı nüfuz mənim üçün əsas cəlbedici faktor olub. İnformasiya təhlükəsizliyi isə bugünkü sürətli texnoloji inkişafın və kiberhücumlara qarşı mübarizənin mərkəzində olan bir sahədir. Gələcəyin texnologiyalarını inkişaf etdirərək, bu sahədəki təhlükələrə qarşı müdafiə sistemləri qurmaq istəyi məni bu istiqamətə yönəltdi.
Gələcəkdə informasiya təhlükəsizliyi sahəsində dərin biliklərə yiyələnməyi və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınan bir mütəxəssis olmağı hədəfləyirəm. Bu məqsədə çatmaq üçün davamlı təhsil, müvafiq sertifikatlar əldə etmək, təcrübə proqramlarında iştirak etmək və sahənin qabaqcıl texnologiyalarını öyrənmək niyyətindəyəm.