Xəbərlər

BANM tələbələri "Social Media Contest - Switch Competition"in qalibi olub

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Exergy BHOS” komandası "Social Media Contest - Switch Competition"in qalibi olub. Tələbələrimiz I yerə layiq görülüblər.

Onlar Kimya mühəndisliyi ixtisasının IV kurs tələbələri Xədicə Cəfərova, Nurgül Əhmədova və Əbil Şəfiyevdir.

“Switch Energy Alliance” tərəfindən təşkil edilən müsabiqənin məqsədi tələbələrə enerji yoxsulluğu ilə bağlı məlumatlılığı artırmaq və bu sahədə yeni həll yolları təklif etmək üçün yaradıcı sosial media kampaniyaları hazırlamaqdır.

Tələbələrimizi təbrik edir, qürur duyuruq!