
Xəbərlər
BANM-da intellektual turnir keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Qış kuboku” intellektual turnir keçirilib. Turnirdə 60 komanda, 300 tələbə və məzun iştirak edib.
İlk mərhələdə 24 mövzu üzrə “Nə? Harada? Nə zaman?” sualı, ardından isə 10 "Quiz" seçim turu təşkil edilib. Finalda 16 komanda "Xəmsə" yarışında mübarizə aparıb.
Turnirin qalibləri medal, kubok və sertifikatla təltif olunub.
Sualları Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarə edilməsi ixtisaslarının tələbələri Məryəm Nəzərova, Üsyan Rzalı və Əli Məmmədli hazırlayıblar.