Xəbərlər
Rektor Elmar Qasımov Yeni il münasibətilə əcnəbi tələbələrlə görüşüb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Yeni il münasibətilə əcnəbi tələbələrlə görüşüb.
Səmimi şəraitdə keçən görüşdə rektor tələbələri təbrik edib, təhsillərini başa vurub ölkələrinə qayıtmağa hazırlaşan tələbələrə isə gələcək həyatlarında uğurlar diləyib.
Tələbələrin yataqxana xidmətləri ilə bağlı məmnuniyyətini öyrənərək, onların qayğı və ehtiyacları ilə maraqlanıb.
Tələbələr rektora təşəkkür edib, yeni ilin həm onlara, həm də BANM-a uğurlar gətirməsini diləyiblər.
Sonda tələbələrə Bakı Ali Neft Məktəbinin (BANM) Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan #bayram sovqatı təqdim edilib.







