Xəbərlər
BANM “Bilik Kuboku”nun qalibi oldu
Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin iştirak etdiyi “Universitet Liqası”nın payız mövsümü başa çatıb.
“Bilik Kuboku” uğrunda mübarizədə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "Better Call P" komandası qalib gəlib. Bütün rəqiblərini geridə qoyaraq birinci yerə layiq görülüb.
Turnirdə ölkənin 6 regionundan 25 ali təhsil müəssisə və 250-dən çox komanda iştirak edib.
3 ay ərzində davam edən yarışın məqsədi tələbələr arasında intellektual oyunlara marağı artırmaq, asudə vaxtı səmərəli keçirməkdir.
Qeyd edək ki, "Universitet Liqası" layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib.