Xəbərlər
“Doğru Ali Məktəbi və ixtisası seçdiyim üçün özümü çox şanslı hiss edirəm”
Rəbiyyə Əlizadə: 697 bal
İxtisas: İnformasiya təhlükəsizliyi
Məzun olduğu məktəb: Bakı şəhəri, T.Həsənov adına 57 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib
Prezident təqaüdünə layiq görülməyim mənim üçün böyük bir şərəf və məsuliyyətdir. Ailəmin məndən gözləntisi yüksək bal və təqaüd almaq idi və bu da kiçik yaşlarımdan etibarən fokuslandığım əsas hədəfim olmuşdu. Bununla yanaşı, buraxılış imtahanlarından da 300 bal topladım.
Bir neçə aydır ki, tələbəyəm və bu müddət ərzində həm İngilis dili biliyimi, həm də IT sahəsindəki biliklərimi əhəmiyyətli dərəcədə inkişaf etdirmişəm. Doğru Ali Məktəbi və ixtisası seçdiyim üçün özümü çox şanslı hiss edirəm.
Bu il "TEKNOFEST"də tələbələrimiz kibertəhlükəsizlik üzrə birinci yerə çıxdılar. Onları gördükdən sonra mən də bu mötəbər yarışda iştirak etmək və qalib olmaq istəyirəm.
Gələcəkdə Yaponiyada təhsil almayı arzulayıram. Kibertəhlükəsizlik sahəsində dərinləşərək bu sahədəki bilik və bacarıqlarımı inkişaf etdirmək niyyətindəyəm. Bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm.