Xəbərlər
Konqo Demokratik Respublikasının səfiri BANM-da
Konqo Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbi SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Rektor Elmar Qasımov çıxışında BANM-da yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. Ali Məktəbin beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
Daha sonra 2025/2026-cı tədris ilindən etibarən Konqo Demokratik Respublikasından 3 tələbənin BANM-də təhsil almaları ilə bağlı qarşılıqlı razılıq əldə olunub. Onlardan ikisinin təqaüd əsasında qəbul ediləcəyi vurğulanıb.
Qeyd olunub ki, bu addım iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da dərinləşməsinə və gənc mütəxəssislərin yetişməsinə mühüm töhfə verəcək.