Xəbərlər
BANM alimlərinin məqaləsi beynəlxalq kitabda
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının dosenti, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rauf Nadirov və İnzibati-təsərrüfat işləri üzrə prorektoru, Yer elmləri üzrə fəlsəfə doktoru Oktay Rzayevin müəllifliyi ilə hazırlanan "Assessing the Seismic Vulnerability of Metsamor Nuclear Power Plant: A Potential Risk in the Caucasus Region" məqaləsi böyük uğur qazanıb.
Məqalə Böyük Britaniyanın BP International və Hindistanın BP International nəşriyyatları tərəfindən birgə nəşr olunan "Geography, Earth Science and Environment: Research Highlights" Vol.1 adlı kitaba daxil edilib.
Kitabın nəşriyyat prosesi 8 ay ərzində 15 mərhələdən keçib və yüksək elmi keyfiyyətini qoruyaraq tamamlanıb. Bütün biblioqrafik məlumatlar onlayn olaraq mövcuddur.
https://stm.bookpi.org/GESERH-V1/article/view/16308