Xəbərlər

“Yüksəliş”in qalibləri BANM-da

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Yüksəliş” müsabiqəsinin qaliblərinin infosessiyası keçirilib.

Tədbirdə Ali Məktəbin Keyfiyyətin təminatı şöbəsinin rəisi Güldənə Hidayətli, eləcə də Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə, Mərkəzi Bankın İşçi kapitalının inkişafı üzrə baş mütəxəssisi İlahə Baxışova Tahirli və “Onneks” MMC şirkətinin həmtəsisçisi və direktoru Nazim Novruzov iştirak ediblər.

Layihə çərçivəsində həyata keçirilən “Mentorluq proqramı” haqqında ətraflı məlumat verilib və gənclərə peşəkar inkişafları üçün tövsiyələr paylaşılıb. Tələbələrin sualları cavablandırılıb.