Xəbərlər

“Huawei Technologies Azerbaijan” şirkətinin nümayəndələri BANM-da olub

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Huawei Technologies Azerbaijan” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə tərəflər arasında potensial əməkdaşlıq imkanları, eləcə də təhsil proqramlarının inkişafı və praktiki təlimlərin təşkili məsələsi müzakirə olunub.  

Bakı Ali Neft Məktəbinin tələbələrinin “Huawei ICT Academy Program”ında iştirak ehtimalları nəzərdən keçirilib, "Seeds for Future" layihəsinə qoşulacaq tələbələrin sayının artırılması məsələsi xüsusi vurğulanıb. Habelə görüşdə “Huawei Smart Campus Solution” barədə ətraflı məlumat verilib.

Sonra Ali Məktəbdə baş tutacaq "TransitHack" hakatonunun təşkili ilə bağlı innovativ təkliflər irəli sürülüb, nümayəndələr tərəfindən ideyalar yüksək qiymətləndirilib.