Xəbərlər
Elmar Qasımov Təhsilin İnkişafı Forumunda iştirak edib
Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən Təhsilin İnkişafı Forumu keçirilib.
“Tədqiqatdan inkişafa gedən yol” panelində SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov da çıxış edib.
BANM rektoru Elmar Qasımov çıxışında universitetlərin tədris proqramlarının sənaye tələbləri ilə uyğunlaşdırılması və tələbələrin praktiki təcrübələrinin artırılması məsələlərinə diqqət çəkib.
Eləcə də Prezident təqaüdçülərinin sayına görə BANM-ın birinci olmasını xatırladaraq, Ali Məktəbin yüksək standartlara malik olduğunu vurğulayıb.
Forumun məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir.