Xəbərlər
BANM kibertəhlükəsizlik yarışında qalib oldu
Bakı Ali Neft Məktəbinin komandası ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsində I yeri tutub. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən ICSD (Beynəlxalq Kibertəhlükəsizlik Günləri) tədbiri çərçivəsində təşkil olunmuş müsabiqədə II yerin də qalibi BANM komandasıdır.
Birinci yer - “Boşver" komandası, BANM tələbələri - Fərid Lalayev, Sahib Hümbətzadə, Səbuhi Hüseynov
İkinci yer - "BHOSPLOIT" komandası, BANM tələbələri - Oqtay Əhmədov, Rauf Dadaşzadə, Fuad Qurbanov
1-ci yerin qalibinə 5000 AZN, 2-ci yerin qalibinə isə 3000 AZN mükafat verilib.