Xəbərlər
IFAC-ın prezidenti Bakı Ali Neft Məktəbində olub
Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Asmaa Resmouki SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Görüş Ali Məktəbdə keçirilən “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” çərçivəsində baş tutub.
BANM-ın rektoru Elmar Qasımov qonağa burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib.
Görüş zamanı mühasibatlıq, audit və mühəndislik sahələrində beynəlxalq standartlara uyğunlaşma, mühasibatlıq təhsili ilə bağlı innovativ yanaşmalar müzakirə edilib.
Eləcə də mühasiblərin peşəkar inkişafının vacibliyi vurğulanıb və sertifikatlı proqramların bu sahədəki rolu qeyd edilib.