Xəbərlər

Portuqaliya universitetinin prorektoru Bakı Ali Neft Məktəbində

Portuqaliyanın Lissabon Nova Universitetinin beynəlxalq inkişaf üzrə prorektoru Joao Amaro Matos SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-ın rektoru Elmar Qasımov öncə ali məktəbin kampusunu gəzən qonağa burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. Bildirib ki, Ali Məktəb qəbul imtahanlarının nəticələrinə görə ölkə birincisidir. Bakı Ali Neft Məktəbinin tələbələri Portuqaliyanın Braqança Texniki Universitetidə mübadilə proqramı çərçivəsində təhsil alırlar. Lissabon Nova Universiteti ilə də əməkdaşlıq etmək niyyətindədir.

Lissabon Nova Universitetinin prorektoru Joao Amaro Matos isə Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib. Portuqaliyanın Lissabon Nova Universiteti ilə bağlı ətraflı məlumat verib.