Xəbərlər
BANM-ın 11 komandası “TEKNOFEST-2024”ün final mərhələsində
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 11 komandası “TEKNOFEST-2024”ün final mərhələsində iştirak etmək üçün yola düşüb. Festivalda 5-8 sentyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.
BANM “TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə təmsil edəcək ali məktəbdir. Komandalarımız 6 kateqoriya üzrə mübarizə aparacaq.
“Aqrar texnologiyaları” kateqoriyası üzrə:
1.“Green Karabakh BHOS”
2.“Aquaharvest”
3.“Suni Ekinchi BHOS”
”Enerji və ətraf mühit texnologiyaları” kateqoriyası üzrə:
1.“Flame Seekers BHOS”
2.“Birlik BHOS”
3.“Shindan BHOS”
”Ağıllı Nəqliyyat” kateqoriyası üzrə:
1.“Turan BHOS”
2.“Khazri BHOS”
“Turizm texnologiyaları” kateqoriyası üzrə:
1.“Khankendi BHOS”
“Bəşəriyyətin xeyrinə texnologiyalar" kateqoriyası üzrə:
1.“Darbandgala BHOS”
”HackMaster” kateqoriyası üzrə:
1.”BHOSWARE”
Komandalarımızın elmi rəhbərləri isə Ali Məktəbin Neft-qaz mühəndisliyi kafedrasının Laboratoriya müdiri Qəhrəman Məlikov, İnformasiya texnologiyaları kafedrasının dosenti Leyla Muradxanlı, baş müəllimi İlkin Balazadə, müəllimi Nihat Əlili və kafedranın istehsalat təlimi ustası Aytac Abdullayeva, eləcə də İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisləri Emiliya Əhmədova və Elmar Əsgərzadə, habelə Kimya mühəndisliyi kafedrasının baş müəlimi Natəvan Səmədova və Kimya mühəndisliyi ixtisasının 2023-cü il məzunu Cavidan Əliyevdir. Komandalarımıza uğurlar və qələbə arzulayırıq!