Xəbərlər
Sabancı Universitetinin rektoru Bakı Ali Neft Məktəbində
Türkiyənin Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov öncə Ali Məktəbin kampusunu gəzən qonaqlara burada yaradılan müasir tədris şəraiti, tədqiqat mühiti, tələbə və məzunların uğurları barədə məlumat verib. Sabancı Universiteti ilə BANM arasındakı əməkdaşlığın vacibliyini vurğulayıb. Rektor BANM tələbələrinin yerli və xarici şirkətlərdə yüksək səviyyədə istehsalat təcrübəsi keçdiklərini bildirib.
Sabancı Universitetinin rektoru Yusuf Leblebici isə Bakı Ali Neft Məktəbi kimi nüfuzlu, beynəlxalq səviyyəli bir ali təhsil müəssisəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Bakı Ali Neft Məktəbinin prorektor, kafedra müdirləri, dekan və əməkdaşlarının iştirakı ilə müzakirələr olub. Yusuf Leblebici Sabancı Universiteti ilə bağlı təqdimat edib.
Sonda Sabancı Universitetinin rektoru Yusuf Leblebiciye Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.