Xəbərlər
BANM tələbələri “Sevil” tamaşasını səhnələşdirdi
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında görkəmli dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında “Sevil” tamaşası nümayiş olunub.
DTX-nin Mədəniyyət Mərkəzində keçirilən tamaşada SOCAR rəhbərliyi, BANM-in müəllim-tələbə heyəti, ADMİU-nun və BSU-nun rektorları, ETN-in nümayəndələri iştirak ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri isə BANM-in müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyevadır.
Baş rolları BANM-in tələbələri Nəzrin Əhmədova (Sevil), Əli Məmmədli (Balaş), Sevinc Rüstəmova (Dilbər), İranə Hüseynzadə (Gülüş), Rəsul Musayev (Atakişi), Əlicavad Sadıxzadə (Babakişi), Turan Alışlı (Məmmədəli bəy), Elşən Salahov (Əbdüləli bəy), Elnurə Əliyeva (Tafta), Eminağa Rəcəbov (Alik), Fərəh Sultanova (Qonaq), Murad İmamverdizadə (Qonaq) ifa ediblər.
Böyük maraqla qarşılanan tamaşada çıxış edən tələbələrimizi alqışlayır, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!