Xəbərlər
BANM tələbəsinin məqaləsi “Academia.edu” və “Google scholar”a yerləşdirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Leyla Quliyevanın qlobal reytinqdə lider olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Dəniz Səttarlı ilə birgə məqaləsi dərc olunub.
Qırğızıstanda keçirilən beynəlxalq elmi simpoziuma qatılan tələbələrin “Ağıllı binalarda səmərəli bərpaolunan enerji idarəetməsi üçün Dinamik Enerji İdarəetməsi və Enerji performansı və Davamlılıq idarəetməsini sinerjiləşdirmək” adlı məqaləsi “Academia.edu” və “Google scholar”a yerləşdirilib.