Xəbərlər

Course web site adlı layihənin təqdimatı oldu

     Bakı Ali Neft Məktəbinin "Neft -qaz mühəndisliyi" kafedrasının dosenti Həbibə Kələntərova "Course web site" adlı layihəsini təqdim etdi. Layihənin məqsədindən danışaraq, o, bildirdi ki, dünyanın bir sıra aparıcı ali təhsil müəssisələrində bu tipli veb-səhifələr vardır ki, bu səhifə vasitəsilə professor-müəllim heyəti tədris etdikləri fənlər üzrə tələblərlə daha çevik əlaqə qururlar. Bu da tələbə-müəllim ünsiyyətini asanlaşdırmağa xidmət edir.

 

   Təqdimatda şıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin əməkdaşları tərəfindən irəli sürülən hər bir təşəbbüsün dəstəkləndiyini, innovativ tədris və təlim metodlarının, dünya universitetlərinin nümunəsində tətbiq edilən vasitələrin Ali Məktəbdə tətbiqi üçün bütün imkan və perspektivlərin olduğunu dedi. Təqdimatın yekununda sual-cavab və müzakirələr oldu.

 

     Xatırladaq ki, Həbibə Kələntərova 2015- ci il iyul ayından hal-hazıradək BANM-in “Neft-qaz mühəndisliyi” kafedrasının dosentidir.