Xəbərlər

Bakı Ali Neft Məktəbində bərpa olunan enerji mövzusunda panel müzakirə keçirilib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) komandası bərpaolunan enerji sahəsinə marağı olan tələbələr və gənc mütəxəssislər üçün panel müzakirə təşkil edib.  

Müzakirədə “IEA/EUA4Energy”, “TotalEnergies” və “Provitaz” şirkətlərinin nümayəndələri Pərviz Qəribzadə, Çingiz Orucov və Emin Məmmədov iştirak ediblər. Bu təcrübəli mütəxəssislər bərpa olunan enerjinin rolundan danışıb, bu sahədə əldə etdikləri uğurları, təcrübləri bölüşüb və bu istiqamətdə uğurlu karyera qurmaqla bağlı tövsiyələrini veriblər. Müzakirəyə müxtəlif universitetlərdən 50 nəfərdən çox iştirakçı qatılıb.