Xəbərlər

Bakı Ali Neft Məktəbinin müəllimlərinin elmi məqaləsi Estoniya jurnalında dərc olunub

Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev (elmi rəhbər) və baş müəllim, doktorant Aidə Aslanova “Mikroçatlarda mayelərin hərəkətinin elektrokinetik tənzimlənməsi” mövzusunda elmi-tədqiqat işi aparıb.

Bu elmi iş üzrə əldə olunan nəticələr EstoniyanınScopus bazasında indeksləşdirilmiş yüksək reytinqə malikEUREKA: Physics and Engineeringjurnalının 2024-cü il üzrə ilk nömrəsində dərc olunub. Elmi-tədqiqat işinin nəticələri jurnalda “A rheophysical study of the non-newtonian behavior of water flow in thin channels” (“Mikroçatlarda su axınının qeyri-Nyuton xarakterinin reofizik analizi”) adlı məqalə ilə çap olunub. 

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

 https://journal.eu-jr.eu/engineering/issue/view/261