Xəbərlər
Bakı Ali Neft Məktəbində Elmi Şuranın iclası keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan BANM-in rektoru, Elmi Şuranın sədri Elmar Qasımov müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
İclasda Elmi Şuranın katibinin seçilməsi, doktorantın dissertasiya işinin mövzusu və elmi rəhbərinin təsdiq edilməsi, həmçinin Tələbə Elmi Cəmiyyətinin yenidən təşkili, 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatları,İnformasiya texnologiyaları kafedrasının nəzdində 2 kafedranın yaradılması haqqında və digər mövzularda məruzələr dinlənilib.
Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərar qəbul olunub.