Xəbərlər
Bakı Ali Neft Məktəbinin 12 tələbəsi Erasmus+ və mübadilə proqramlarına seçilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 12 tələbəsi Erasmus+KA107, həmçinin universitetlərarası mübadilə proqramları ilə 2023/2024-cü tədris ilinin yaz semestrində Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil alacaq.
Onların 5-i Biznesin idarə edilməsi, 2-si Kompüter mühəndisliyi, 2-si Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 2-si Neft-qaz mühəndisliyi, 1-i isə Kimya mühəndisliyi ixtisasının III və IV kurs tələbəsidir.
BANM tələbələrinin 4-ü Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, 2-si İspaniyanın A Koruna, 2-si Bolqarıstanın Angel Khanchev adına Ruse Universiteti, 2-si Türkiyənin İstanbul Texniki Universiteti, 1-i Orta Doğu Texniki Universiteti, 1-i isə Polşanın AGH Elm və Texnologiya Universitetində bir semestr təhsilini davam etdirəcək.
Tələbələrlə və onların valideynləri ilə görüşən BANM-in rektoru Elmar Qasımov uğurlar arzulayaraq tələbələrin təhsil alacaqları universitetlərdə Azərbaycanı, BANM-i yüksək səviyyədə təmsil edəcəklərinə əmin olduğunu bildirib.