Xəbərlər
Ulu Öndərə həsr olunmuş intellektual yarışın qalibi müəyyənləşdi
Ali Məktəbimizin Hazırlıq ili tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan intellektual yarışın final mərhələsi keçirilib.
Yarışı izləyən Ali Məktəbin rektoru Elmar Qasımov tələbələrə uğurlar arzulayaraq bu yarışların onların biliklərinin artmasında rolu olduğunu bildirib və tələbələri yarışlarda fəal olmağa çağırıb.
İntellektual yarışın final mərhələsində hər birində 3 nəfər olmaqla ümumilikdə 5 komanda yarışıb. Ümummilli Lider, Azərbaycan tarixi və dünyagörüşlə bağlı sualların səsləndirildiyi yarışın qalibi “Qrup 25” komandası olub.
Böyük maraqla qarşılanan yarış çərçivəsində auditoriyaya da suallar ünvanlanıb və qaliblərə hədiyyələr təqdim olunub, həmçinin tələbələr mahnı və şeirlər səsləndirib, müxtəlif musiqi alətlərində ifa ediblər.