Xəbərlər

DAAD rəhbərliyi Bakı Ali Neft Məktəbində infosessiya keçirib

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə layihə koordinatoru Sevər Qarayeva SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub. Onlar tələbələrə DAAD haqqında, təklif olunan təqaüd proqramı və seçim prosesi barədə məlumat verib, tələbələrin suallarını cavablandırıblar.

Sonra rektor Elmar Qasımov qonaqlarla görüşərək BANM-lə DAAD arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, DAAD təqaüdü qazanan tələbələr arasında BANM tələbələri üstünlük təşkil edir və bu il 7 BANM tələbəsi DAAD-ın təqaüdünü qazanıb. Rektor bu il BANM-də DAAD-ın təqaüdü ilə “Neft hasil edən ölkələrdə enerji keçidi” mövzusunda 16 alman tələbənin iştirak etdiyi beynəlxalq yay məktəbinin uğurla həyata keçirildiyini də əlavə edib.

Regional rəhbər BANM-lə əməkdaşlığın perspektivlərindən danışaraq vurğulayıb ki, BANM tələbələri çox savadlı, bilikli və bacarıqlıdırlar.