Xəbərlər

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) 2023/2024-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə yenə ölkə birincisidir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023/2024-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 29-u BANM-də təhsil alır. BANM Prezident təqaüdçülərinin sayına görə ölkə ali təhsil müəssisələri arasında bu il də liderliyini qoruyur.

BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri İnformasiya təhlükəsizliyi, 10 nəfəri Biznesin idarəedilməsi, 4 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri isə Kompüter mühəndisliyi ixtisasının tələbəsidir.