Xəbərlər
Bakı Ali Neft Məktəbinin 7 tələbəsi Almaniya hökumətinin təqaüdünü qazanıb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub. Onlardan 4-ü Kimya mühəndisliyi, 3-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb.
Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub.
Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.
DAAD təqaüdü ilə təhsil alacaq tələbələrin siyahısı belədir:
1.Fidan Mahmudova - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
2. Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
3. İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
4. Ayşən Zülfiyeva - Kimya mühəndisliyi
5. Afaq Həşimova - Kimya mühəndisliyi
6. Tural Abdulov - Kimya mühəndisliyi
7. Anar Bədəlbəyli – Kimya mühəndisliyi