Xəbərlər
Bakı Ali Neft Məktəbinin 17 tələbəsi “Technip”in proqramına seçilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin 17 tələbəsi Heydər Əliyev Fondu və “Tecnip Energies” şirkətinin təşkil etdiyi “Texnoloji biliklərin ötürülməsi” proqramına seçilib.
Proqrama seçilən BANM tələbələrinin 5-i Kimya mühəndisliyi, 12-si isə Neft-qaz mühəndisliyi ixtisasının tələbəsidir.
Tələbələrə 7 həftə müddətində təlimlər keçiriləcək, sonda sertifikat təqdim ediləcək. Proqramı uğurla başa vuran tələbələrə iş imkanı da təklif olunacaq.
Ali Məktəbin rektoru Elmar Qasımov tələbələrlə görüşərək onlara uğurlar arzulayıb. Rektor bu proqramın əhəmiyyətinə toxunaraq onun tələbələr üçün faydalı olacağını vurğulayıb.