Xəbərlər
Tələbə və gənc tədqiqatçıların diqqətinə!
12-13 aprel tarixlərində SOCAR-ın Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Neft-qaz geologiyası və mühəndisliyi” Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçiriləcək.
Konfransda “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi”, “Neft-qazçıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”, “Neft-qaz sahəsində iqtisadi səmərəliliyin analizi”, “Təbiət və texniki elmlər bölməsi”, həmçinin “Enerji keçidi” mövzuları müzakirə olunacaq.
Tezislərin son qəbul tarixi 25 fevraldır.
Əlaqələndirici şəxs: Rəşad Nəzərəliyev
Email:petroleum.eng@bhos.edu.az
Konfransla bağlı daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz: https://www.bhos.edu.az/conference/2260