Xəbərlər
Bakı Ali Neft Məktəbinin tələbəsi Azərbaycan birincisi olub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi İsmayıl Eyyub Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında 95,5 bal toplayıb.
Bu isə rus bölməsi üzrə ən yüksək nəticədir.
Qeyd edək ki, o, 2019-cu ildə 675.8 balla BANM-ə qəbul olub.
Tələbəmizi təbrik edir və onunla qürur duyuruq