Xəbərlər
Bakı Ali Neft Məktəbində “Olympus” turniri
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin “İntellektual oyunlar klubu”nun (İOK) təşkilatçılığı ilə “Olympus” adlı çoxnövlü intellektual turnir keçirilib.
Turnir 3 müxtəlif intellektual oyun növü üzrə - "Nə? Harada? Nə zaman?", "Breyn Rinq" və "Xəmsə MİO" keçirilib. Tələbə və məzunlardan ibarət turnirdə 19 komanda bilik mübarizəsi aparıb. I yeri “SSİOK”, II və III yerləri müvafiq olaraq “Daydays” və “Dayılar Unlimited” komandası qazanıb.
Turnirin təşkili və keçirilməsində BANM-in aktiv tələbələrindən olan Aydın Abbaslı, Vüqar Həsənov, Hüseyn Abızadə,Yusif Hüseynzadə, Əli Məmmədli, Əsmər Şixəmirli, Asiman Həmzəyev, Manisa Rəhimli, Xalid İsmayılov, Həsən Abbasov və Həsən Həsənov iştirak ediblər.