Xəbərlər

Bakı Ali Neft Məktəbində “Süni intellekt və maşın öyrənmə” kursu

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Tələbə Gənclər Təşkilatı tərəfindən “Süni intellekt və maşın öyrənmə” kursuna başlanılır. 3 ay davam edəcək kurs müddətində məşğələ dərsləri ilə yanaşı, mühazirələr də keçiriləcək. Kursun təşkil edilməsində məqsəd süni intellektin bir çox sahələrdə tətbiq edilməsi və maşın öyrənmənin dünyada ən çox tələb edilən vərdişlərdən biri olmasıdır.

Maşın öyrənməsi süni intellektin tətbiq sahəsidir və geniş şəkildə sistemlərin avtomatik olaraq öyrədilmədən təcrübə və təlimatlar vasitəsilə maşının ağıllı insan davranışını təqlid etmək qabiliyyəti kimi müəyyən edilir. Süni intellekt sistemləri insanların problemləri həll etməsi, mürəkkəb vəzifələri yerinə yetirməsi üçün istifadə olunur.

BANM-in Xətai korpusnda təşkil edilən kurs ödənişsizdir.

Qeydiyyat üçün link:

#BANM #BHOS #machinelearning #süniintellekt #kurs