Xəbərlər
Bakı Ali Neft Məktəbinin əməkdaşları üzgüçülük yarışında qalib olublar
Bakı Ali Neft Məktəbinin (BANM) İdman Mərkəzinin məşqçi-müəllimi, Qarabağ müharibəsi veteranı Pyotr Kuvşinov və Tədbirlərin və sərgilərin təşkili şöbəsinin tərtibatçı-dizayneri Tahir Əfəndiyev Gənclər və İdman Nazirliyinin keçirdiyi “Birlikdə üzək” adlı üzgüçülük yarışında qalib olublar.
Pyotr Kuvşinov 60 yaşdan yuxarı kişilər arasında 1700 m məsafəyə üzərək I yeri, Tahir Əfəndiyev isə 55-59 yaş kişilər arasında 1250 m məsafəyə üzərək III yeri qazanıb.
Yarış 30 idman kompleksində eyni vaxtda keçirilib və canlı izlənilib. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən iştirakçılar (hər yaş qrupu üzrə ilk 3 yeri tutanlar) qalib elan ediliblər. Onlar müvafiq diplom, medal və hədiyyə olaraq üzgüçülük hovuzlarına abunəlik qazanıblar. Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.
#BANM #BHOS #GənclərvəİdmanNazirliyi #üzgüçülük #qalib #birlikdəüzək