Xəbərlər

Bakı Ali Neft Məktəbində Aİ-nin layihələrində iştirakla bağlı məlumat sessiyası keçirilib

Bakı Ali Neft Məktəbində “Beynəlxalq əməkdaşlığın artırılması və Avropa İttifaqının layihələrində iştirak”la bağlı əməkdaşlar üçün məlumat sessiyası keçirilib.

Məlumat sessiyası Ali Məktəbin Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi tərəfindən təşkil edilib.

Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Humay Azayeva Avropa İttifaqının təhsillə bağlı layihələri, bu layihələrə qatılma qaydaları, Erasmus+ proqramının KA171 mübadilə və KA2 Ali təhsildə potensialın qurulması layihələri barədə məlumat verib, bu layihələrin üstünlüyündən danışıb.