Xəbərlər

Bakı Ali Neft Məktəbində Əhməd Cavadın 130 illiyinə həsr olunmuş intellektual oyun keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “Nautilus” adlı intellektual kitab turniri keçirilib.

Turnir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, görkəmli maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunub.

15 komandanın iştirak etdiyi turnirdə I yeri “Stonks Publishing”, II və III yerləri müvafiq olaraq “Çəkməli Piwiq” və “Monday begins on Saturday” komandası qazanıb.

Turnirin əsas layihə rəhbəri və sualların müəllifi BANM-in tələbələri Manisa Rəhimli, təşkilatçılar isə BANM-in İntellektual Oyunlar Klubunun İdarə Heyətinin üzvləri Hüseyn Abızadə, Əsmər Şixəmirli və Əli Məmmədli olub. Eyni zamanda Əli Farizli, Mirnicat Cabbarlı, Rüfət Əkbərov və Zeynəb Əhmədova da turnirin keçirilməsinə dəstək göstəriblər.

#BANM #BHOS #ƏhmədCavad130 #intellektualoyun